Brent markalı neft ucuzlaşdı
Londonun ICE birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 84 dollardan aşağı enib. Oxuməni.az xəbər verir ki, bu barədə ticarət məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 10:57-də qiymət 83,66 dollara qədər geriləyib. Saat 11:37-yə olan məlumata görə, qiymət korreksiya olunaraq 84,70 dollara yüksəlib.
Bakı vaxtı ilə saat 11:51-də isə qiymət 84 dollara düşüb və azalma tendensiyasını davam etdirib.
Sentyabr ayı üçün Brent neftinin fyuçerslərinin dəyəri 86 dollardan aşağı düşüb.
Almaz Həsənli
Digər xəbərlər

























































































