Brent markalı neftin qiyməti 96 dolları keçdi
ICE birjasında Brent markalı neftin 2026-cı ilin sentyabr ayında çatdırılması üçün nəzərdə tutulan fyuçerslərinin qiyməti iyunun 8-dən bəri ilk dəfə olaraq bir barel üçün 96 dolları ötüb. Oxuməni.az xəbər verir ki, bu barədə ICE birjasının ticarət məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, fyuçersin qiyməti bir anlıq 96,09 dollara qədər yüksəlib (iki faizdən çox artım).
Daha sonra artım tempi bir qədər səngiyib: saat 08:35-də Brent neftinin bir bareli 95,9 dollara (+1,93%) satılıb.
Eyni zamanda, WTI markalı neftin 2026-cı ilin sentyabr ayında çatdırılması üçün nəzərdə tutulan fyuçersinin qiyməti 88,05 dollar (+1,41%) təşkil edib.
Daha əvvəl xarici analitiklər xəbərdarlıq etmişdilər ki, Hörmüz boğazında gəmiçiliklə bağlı problemlər davam edərsə, Brent neftinin qiyməti artıq dördüncü rübdə 120 dolları keçə bilər.
Almaz Həsənli




























.jpg-2.jpg)


























.jpg)
































