Neftin qiyməti kəskin bahalaşıb
Fars körfəzində münaqişənin gərginləşməsi fonunda "Brent" markalı neftin bir barelinin qiyməti 94 dolları ötüb. Oxuməni.az xəbər verir ki, bu barədə Londonun ICE birjasındakı ticarət məlumatlarında qeyd olunub.
Günorta saat 12:00-a olan məlumata görə, Şimal dənizi neftinin etalon markası olan "Brent"in sentyabr fyuçerslərinin qiyməti ötən günün bağlanış səviyyəsi ilə müqayisədə 3,38 faiz artıb. Xammalın qiyməti 94,09 dollara yüksəlib. Bu, iyunun 11-dən bəri qeydə alınan ən yüksək göstəricidir.
Texasın WTI markalı neftinin qiyməti isə 3,39 faiz artıb. Sentyabr müqavilələrinin dəyəri 87,2 dollara çatıb.
Dünya bazarında xammalın qiyməti Fars körfəzində hərbi əməliyyatların yenidən başlaması fonunda artır. İyulun 20-nə keçən gecə "Brent" markalı neftin qiyməti 90 dollar həddini keçmişdi. Həmin vaxt göstərici təxminən 3 faiz artaraq son 40 günün maksimumu olan 90,84 dollara çatmışdı.
Almaz Həsənli




































.jpg)


















































