Qızıl və gümüşün birja qiymətləri artır

Qızıl və gümüşün birja qiymətləri artır

Bəyəndim (1) Bəyənmədim (0)

Çərşənbə günü səhər saatlarında qızıl və gümüşün birja qiymətləri artaraq, iyulun 14-dən bəri ilk dəfə müvafiq olaraq 4100 dollar və 60 dolları ötüb.

Oxuməni.az xəbər verir ki, bu, ticarət meydançasının məlumatlarından irəli gəlir.

Bakı vaxtı ilə saat 08:21-ə olan məlumata görə, Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 57,07 dollar və ya 1,4% artaraq bir troya unsiyası üçün 4 133,47 dollara çatıb. Bu göstərici iyulun 14-dən bəri ilk dəfədir ki, 4100 dollar səviyyəsini keçir.

Eyni zamanda, gümüşün sentyabr fyuçersləri 1,53% bahalaşaraq bir unsiyası 60,013 dollara çatıb. Bununla da gümüşün qiyməti iyulun 14-dən bəri ilk dəfə 60 dolları ötüb.

Almaz Həsənli