Gürcüstan Azərbaycandan neft və neft məhsullarının idxalını iki dəfə artırıb

Gürcüstan Azərbaycandan neft və neft məhsullarının idxalını iki dəfə artırıb

21 İyul 13:25
Bəyəndim (2) Bəyənmədim (0)

Gürcüstanın Azərbaycandan neft və neft məhsulları idxalı 2026-cı ilin birinci yarısında iki dəfə artıb. Oxuməni.az xəbər verir ki, bu, Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarında öz əksini tapıb.

Yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 71,866 min ton neft və neft məhsulları daxil olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Dəyər ifadəsində Gürcüstanın Azərbaycan nefti idxalı üç dəfə artaraq 69,8 milyon dollara çatıb.

Ümumilikdə, birinci yarımillikdə Gürcüstan digər ölkələrdən 904,212 min ton neft və neft məhsulları alıb. Azərbaycan tədarükçü ölkələr arasında dördüncü yeri tutub.

Qeyd edək ki, 2025-ci ildə Gürcüstan 1,4 milyard dollar dəyərində 1,8 milyon ton neft və neft məhsulları idxal edib ki, bunun da 118 milyon dollar dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.

Almaz Həsənli