BVF Ukraynaya 690 milyon dollar ayrılmasını təsdiqləyib
Beynəlxalq Valyuta Fondunun İcraiyyə Şurası Ukraynaya 503 milyon xüsusi borc almaq hüququnu (SDR) və ya təxminən 690 milyon ABŞ dolları məbləğində yeni tranşın ayrılmasını təsdiqləyib. Bu proqram çərçivəsində ümumi ödənişlər təqribən 2,2 milyard dollara qədər artıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə BVF-nin məlumatında deyilir.
BVF, həmçinin müharibə zamanı makroiqtisadi sabitliyi dəstəkləmək və ölkəni müharibədən sonrakı bərpa və Aİ-yə daxil olmaq üçün hazırlamaq siyasətlərinə diqqət yetirərək Ukrayna ilə IV Maddə üzrə məsləhətləşmələri tamamladı.
Fond qeyd edib ki, Ukrayna Rusiya müharibəsinə, daha mürəkkəb xarici mühitə və yüksək risklərə baxmayaraq, makroiqtisadi və maliyyə sabitliyini qoruyub saxlamaqda davam edir.
Eyni zamanda, Rusiyanın kritik infrastruktura hücumlarının artması və Yaxın Şərqdəki müharibənin nəticələri səbəbindən ölkənin iqtisadi perspektivləri pisləşib.
BVF Ukraynanın proqram şərtlərini yerinə yetirməsini müsbət qiymətləndirib: martın sonunda bütün kəmiyyət meyarları yerinə yetirilib. Bununla belə, bəzi struktur islahatlarının həyata keçirilməsi ləngiyib və iyunun sonunda beynəlxalq ehtiyatlar üzrə hədəfə çatmaq mümkün olmayıb.
Ukrayna hakimiyyəti düzəliş tədbirləri görməyə razılaşıb və əsas islahatların cədvəlini yeniləyib.
BVF-nin icraçı direktoru Kristalina Georgieva vurğulayıb ki, Ukrayna genişmiqyaslı müharibə qarşısında “fövqəladə dözümlülük” nümayiş etdirir.
"Ukrayna Rusiyanın dağıdıcı müharibəsi qarşısında fövqəladə dözüm nümayiş etdirməkdə davam edir. BVF proqramı və güclü beynəlxalq dəstək tərəfindən dəstəklənən ehtiyatlı siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına kömək edib", - Georgiyeva bildirib.
BVF qeyd edib ki, Ukraynaya maliyyə dəstəyi proqramı beynəlxalq tərəfdaşlar, xüsusilə də Avropa Komissiyası, G7 ölkələrinin maliyyəsi və ikitərəfli yardım sayəsində tam maliyyələşdirilir.
Əziz MUSTAFA











.jpg)













































































