Ermənistan hökuməti "Tramp marşrutu" üzrə çərçivə sazişinin ratifikasiyasını təsdiqlədi
Ermənistan hökuməti "Tramp marşrutu" (TRIPP) nəqliyyat layihəsi üzrə ABŞ ilə çərçivə müqaviləsinin ratifikasiyasını təsdiqləyib.
Oxumani.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, qanunvericilik təşəbbüsünün müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, bu müqaviləni imzalamaqla Ermənistan və ABŞ infrastruktur layihələrinin inkişafı yolu ilə Cənubi Qafqazda sülhü və sabitliyi möhkəmləndirməyə çalışırlar. Mirzoyanın sənədi təqdim etməsindən sonra hökumət təklif olunan qanun layihəsini qəbul edib. Görüş yerli televiziya kanalları tərəfindən yayımlanıb.
Sənəd indi Ermənistan qanunvericiliyinə uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə göndəriləcək. Daha sonra müqavilə təsdiq üçün parlamentə təqdim olunacaq.
Ararat Mirzoyanın sözlərinə görə, ABŞ ilə hələ iki sənəd imzalanmalıdır: səhmdar müqaviləsi və layihəni inkişaf etdirən şirkətin nizamnaməsi.
Ermənistan və ABŞ mayın 26-da Dövlət katibi Marko Rubionun Yerevana səfəri zamanı müqaviləni paraflayıblar. ABŞ-ın 74% paya sahib olduğu birgə idarəetmə şirkəti olan TRIPP Development-in yaradılması planlaşdırılır. Şirkət marşrutu 49 il idarə edəcək və onu daha 50 il uzatmaq imkanı olacaq.
Almaz Həsənli


.jpg)












































.jpg)


.jpg)





































