Azərbaycandan gələn on doqquz ton ərik Sverdlovsk vilayətinə buraxılmayıb
Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmət) tərəfindən aşkarlanan karantin infeksiyası səbəbindən Azərbaycandan gələn on doqquz ton ərik Yekaterinburqa buraxılmayıb. Oxuməni.az-ın məlumatına görə, bu barədə URA.RU məlumat yayıb.
Agentliyin Ural Regionlararası İdarəsinin məlumatına görə, fitosanitar yoxlama zamanı meyvədə çəyirdəkli meyvələrə təsir edən təhlükəli xəstəlik olan qəhvəyi çürük (Monilinia fructicola) aşkar edilib. Yoluxmuş meyvələr qalın kif təbəqəsi ilə örtülür.
Əriklərin idxalı qadağan edilib və bütün göndəriş geri qaytarılıb.
Almaz Həsənli
Digər xəbərlər

.jpg)







































.jpg)


.jpg)













































