Brent markalı neftin qiyməti 85,53 dollara yüksəlib
Çərşənbə günü səhər saatlarında neft qiymətləri artmaqda davam edir, investorlar Yaxın Şərqdəki vəziyyəti qiymətləndirirlər.
Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:08-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında Brent markalı neftin sentyabr fyuçersləri bir barel üçün 85,53 dollar səviyyəsində ticarət olunur ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,8 dollar (0,94%) bahadır. Çərşənbə axşamı qiymətlər 1,43 dollar (1,7%) artaraq 84,73 dollara çatmışdı.
Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin avqust fyuçersləri 0,52 dollar (0,66%) bahalaşaraq bir barel üçün 79,86 dollar təşkil edib. Ötən sessiyanın yekunlarına görə, onların dəyəri 1,2 dollar (1,5%) artaraq 79,34 dollara yüksəlmişdi.
ABŞ prezidenti Donald Trampın İrana qarşı dəniz blokadasının bərpa olunacağı ilə bağlı bəyanatlarından sonra Brent markalı neft iyunun 12-dən, WTI isə iyunun 15-dən bəri ən yüksək səviyyədədir.
Almaz Həsənli


























































































