Gürcüstan Azərbaycan sərhədinə qədər yeni dörd zolaqlı avtomobil yolu tikəcək
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti beynəlxalq tender keçirir – ölkəni Ermənistan və Azərbaycanla birləşdirən hazırkı magistralın yerində yüksək buraxılış qabiliyyətinə malik dörd zolaqlı yolun tikintisi planlaşdırılır. Oxuməni.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Qeyd olunur ki, layihənin ümumi dəyəri 250 milyon avro qiymətləndirilir. Onun maliyyələşdirilməsi Avropa İnvestisiya Bankının (AİB) krediti hesabına təmin ediləcək. Layihə sənədləri Dünya Bankının dəstəyi ilə Hollandiya şirkəti tərəfindən hazırlanmışdır.
Yeni magistrallar Rustavi şəhərindən Qırmızı Körpüyə (Gürcüstan və Azərbaycanın sərhəd keçid məntəqəsi) və Sadaxlıya (Ermənistanla sərhəddə yerləşən kənd) qədər uzanacaq. Yolun uzunluğu 61,3 km olacaq.
Hazırda Gürcüstan, Ermənistan və Azərbaycan arasındakı yollar iki zolaqlıdır və çox vaxt birbaşa yaşayış məntəqələrinin içindən keçir. Yeni magistralın məqsədi daha yüksək buraxılış qabiliyyətini təmin etmək və sıx məskunlaşmış ərazilərdən keçidi minimuma endirməkdir.
Bildirilir ki, təkliflər 14 avqust 2026-cı il tarixinədək qəbul ediləcək.
Bu yol sahəsi üçün tender ilk dəfə 2024-cü ilin avqustunda elan edilmişdi – tikintiyə artıq 2025-ci ildə başlanılacağı nəzərdə tutulurdu. Lakin bu ilin martında aşağı rəqabət səbəbindən prosedur rəsmən bağlandı.
Elə həmin ay yolun tikintisinə nəzarət xidmətləri üçün 19 milyon avro dəyərində yeni tenderə start verilib. Eyni zamanda, Gürcüstan hökuməti yol üçün torpaq sahələrinin alınması prosesini davam etdirir.
Almaz Həsənli




.jpg)

.jpg)
.jpg)














































.jpg)
.jpg)

















.jpg)

.jpg)









