Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu keçirilir

Bəyəndim (1) Bəyənmədim (0)

İyulun 10-da Bakıda Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu işə başlayıb.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, “TDT ölkələrində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin anlaşılması: ortaq çağırışlar, birgə həllər" mövzusuna həsr olunan forum TDT məkanında maliyyə kəşfiyyatı orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və maliyyə cinayətləri ilə mübarizə sahəsində vahid yanaşmaların formalaşdırılması məqsədini daşıyır.

Forumda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, eləcə də üzv ölkələrin maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri və digər yüksək səviyyəli qonaqlar iştirak edirlər.

Açılış mərasimində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda reallaşdırılan uğurlu islahatlar və əldə edilmiş nəticələr barədə məlumat verib. Vurğulanıb ki, dövlət başçısının həyata keçirdiyi siyasət ölkəmizdə ədalətli bazar və sağlam maliyyə münasibətlərinin davamlı inkişafını, müasir tələblərə cavab verən maliyyə sisteminin formalaşmasını təmin edib.

Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın maliyyə kəşfiyyatı orqanları rəhbərlərinin iştirakı ilə rəhbərlər paneli keçiriləcək. Paneldə üzv dövlətlər arasında əməkdaşlığın inkişaf perspektivləri, maliyyə cinayətləri ilə mübarizədə qarşıda duran çağırışlar və birgə fəaliyyət istiqamətləri barədə müzakirə aparılacaq, mövzu üzrə təqdimatlar ediləcək.

Oxuməni.az