Qazaxıstan 10 ayda taxıl ixracını 13% artırıb

Qazaxıstan 10 ayda taxıl ixracını 13% artırıb

Bəyəndim (1) Bəyənmədim (0)


2025-ci ilin sentyabrından 2026-cı ilin iyun ayına qədər Qazaxıstan taxıl ixracını 13% artırıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir. Məluma görə, ixrac həcmi son illərdə rekord həddə çataraq 13,1 milyon tona çatıb.

Artımın əsas hərəkətverici qüvvələri Mərkəzi Asiyadakı ənənəvi idxalçı ölkələr, eləcə də Əfqanıstan olub. Özbəkistana ixrac 38% artaraq 5,5 milyon tona, Qırğızıstana 1,4 dəfə artaraq 504.000 tona, Əfqanıstana 59% artaraq 2,2 milyon tona və Türkmənistana 37% artaraq 205.000 tona çatıb.

Əziz MUSTAFA