NYT: Tramp Türkiyəyə ABŞ-ın F-35 qırıcı təyyarələrinin satışına icazə verməyi planlaşdırır

NYT: Tramp Türkiyəyə ABŞ-ın F-35 qırıcı təyyarələrinin satışına icazə verməyi planlaşdırır

Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ABŞ hakimiyyətinin Ankaraya beşinci nəsil F-35 qırıcı təyyarələrinin satışına icazə verməyə hazır olduğunu bildirəcəyi gözlənilir. Oxuməni.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti mənbələrə istinadən yazır.

Qəzetin məlumatına görə, Trampın bu addımı necə həyata keçirəcəyi və Konqresin Türkiyəyə F-35 təyyarələrinin tədarükünə qoyduğu qadağanı necə aşacağı hələlik aydın deyil. ABŞ administrasiyasının adları açıqlanmayan nümayəndələri Türkiyənin F-35 proqramına qayıtmasının başlanması üçün liderlərin rəsmi məktublar mübadiləsi edə biləcəyini ehtimal ediblər. ABŞ prezidenti 7 iyulda Türkiyəyə səfər edəcək və NATO sammitində iştirak edəcək.

Qəzet qeyd edir ki, ABŞ rəsmiləri Ağ Ev rəhbərinin fikrini hələ dəyişə biləcəyini istisna etməyiblər. İyun ayının sonunda Brüsseldə yerləşən Euractiv portalı xəbər vermişdi ki, ABŞ Türkiyəyə F-35 təyyarələrinin satışına geri dönə bilər, əgər Türkiyə S-400 komplekslərindən imtina edib onları Rusiyaya qaytarmayıb, "üçüncü ölkəyə" satsalar.

ABŞ 2019-cu ildə Türkiyəni Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən F-35 proqramından çıxarmışdı. ABŞ bu qərarını Türkiyənin hər iki sistemi öz silahlı qüvvələrində istifadə etməklə F-35-in S-400 qarşısındakı zəiflikləri barədə məlumat toplaya biləcəyi qorxusu ilə əsaslandırmışdı.

Türkiyəyə F-35 təyyarələrinin verilməsinə İsrail də fəal şəkildə qarşı çıxır. İsrailin Ankarayla münasibətləri pisləşməkdədir. NATO müttəfiqi və Türkiyənin tarixi rəqibi Yunanıstan da bu satışa etiraz edir. Yunanıstan və İsrail iddia edirlər ki, Türkiyəyə F-35 təyyarələrinin verilməsi regional güc balansını pozacaq.

Almaz Həsənli