Neftin qiyməti Yaxın Şərqdə müharibənin başlanğıcından bəri ən aşağı səviyyəyə düşüb
Dünya neft qiymətləri ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanğıcından bəri qeydə alınan ən aşağı səviyyəyə enib.
Brent markalı neft fyuçersləri 3,42 dollar ucuzlaşaraq barelə görə 73,65 dollara düşüb. Ticarət zamanı Brent qiyməti 27 fevral tarixindən – müharibədən əvvəlki son gündən bəri ən aşağı səviyyə olan 73,22 dollara qədər enib. Bu barədə Reuters agentliyinə istinadən Oxuməni.az məlumat verir.
ABŞ-ın WTI nefti 3,32 dollar itirərək barelə görə 69,87 dollardan ticarət olunub – bu da 2 mart tarixindən bəri ən aşağı səviyyədir.
Qiymətlər, ABŞ və İranın danışıqlara başlamasından sonra Ormuz boğazından tankerların çıxması ilə aşağı düşməyə başladı. İyun ayının 24-də Ormuz boğazını əvvəlcə bloklanmış üç tanker tərk edib, onların hər birində beş milyon barel neft olub. Onlardan ikisi Asiyaya istiqamətlənmişdi, Reuters yazır.
Almaz Həsənli


























































































