OpenAI şirkəti IPO üçün müraciət etdi
ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti ilkin ictimai təklif (IPO) üçün müraciət edib. Şirkət çərşənbə axşamı heç bir təfərrüatı açıqlamadan, müraciətin məxfi şəkildə edildiyini bildirib. Bu barədə Oxuməni.az “Reuters” agentliyinə istinadla xəbər verir.
Xüsusilə, Reuters yazır ki, OpenAI səhmləri hansı qiymətlə yerləşdirmək niyyətində olduğunu dəqiqləşdirməyib və buna uyğun olaraq IPO-dan əvvəl şirkətin qiymətləndirilməsini açıqlamayıb.
OpenAI hələ ilkin ictimai təklifin tarixini də elan etməyib. OpenAI-nin bəyanatında deyilir: "Bu, bir qədər vaxt apara bilər, çünki biz etmək istədiyimiz və özəl şirkət olaraq etmək daha asan ola biləcək bəzi şeylər var."
“Reuters”-in məlumatına görə, OpenAI şirkətin 1 trilyon dollarlıq qiymətləndirilməsinə hədəflənir və ilkin səhm yerləşdirməsini sentyabrda həyata keçirməyi planlaşdırır.
OpenAI, IPO keçirmək planlarını, onun əsas rəqibi olan və Claude süni intellekt modelini hazırlayan Anthropic şirkətinin birjaya çıxacağını bildirməsindən bir neçə gün sonra elan edib.
Almaz Həsənli




























































































