Bu gün Azərbaycan üzərindən Ermənistana gübrə və taxıl göndəriləcək

Bu gün Azərbaycan üzərindən Ermənistana gübrə və taxıl göndəriləcək

Bəyəndim (1) Bəyənmədim (0)


Rusiyadan Ermənistana daha bir yük bu gün Azərbaycan üzərindən tranzitlə daşınacaq.
Oxuməni.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Biləcəri stansiyasından Ermənistana dörd vaqon gübrə və dörd vaqon taxıl göndəriləcək.
Bu günə qədər Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzitlə 25.000 tondan çox taxıl, təxminən 2.000 ton gübrə və 68 ton qarabaşaq yarması daşınıb.
Xatırladaq ki, tranzit daşımaları ilə yanaşı, Azərbaycan Ermənistana neft məhsulları ixrac etməyə davam edir. Bu günə qədər Ermənistana 8.500 tondan çox dizel yanacağı, 979 ton Aİ-92 benzini və 2.955 ton Aİ-95 benzini göndərilib.
Oxuməni.az