Qazaxıstan Drujba boru kəmərinə alternativ marşrutlar tapıb
:Qazaxıstanın Energetika Nazirliyi Drujba boru kəməri ilə tranzitin dayandırılması səbəbindən Almaniyaya ixrac edilən 260.000 ton neftin yenidən bölüşdürülməsinin planlaşdırıldığını açıqladı, informburo.kz xəbər verir.
Bu həcmlər alternativ marşrutlar vasitəsilə göndəriləcək:
100.000 ton – Ust-Luqa limanına;
160.000 ton – Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) sisteminə.
"Axınların marşrutunun dəyişdirilməsi yükgöndərənlərlə razılaşdırılıb və əməliyyat xarakteri daşıyır. Nəqliyyat marşrutlarındakı dəyişiklik illik neft hasilatı planının yerinə yetirilməsinə təsir göstərmir. Mövcud nəqliyyat infrastrukturu Qazaxıstana sabit ixracı və qlobal bazarlara xam neftin fasiləsiz tədarükünü tam təmin etməyə imkan verir", - nazirliyin sözçüsü Asel Serikpayeva bildirib.
22 apreldə nazirliyin rəhbəri Yerlan Akkenjenov Rusiyanın 1 maydan etibarən Qazaxıstan neftinin Drujba boru kəməri ilə tranzitini dayandıra biləcəyini açıqladı. O, bunun Rusiya infrastrukturuna son hücumlarla əlaqəli olduğunu irəli sürdü. Rusiya rəsmiləri məlumatı ertəsi gün təsdiqlədilər.
Qazaxıstanın təxminən 80 milyon ton olan ümumi neft ixrac həcmindən bu il Drujba üçün təxminən 3 milyon tonu planlaşdırılırdı. Əsas alıcı Almaniya idi.
Əziz MUSTAFA


.jpg)































































.jpg)





















