Huawei smartfonlarında bir detaldan imtina etdi

Huawei smartfonlarında bir detaldan imtina etdi

22 Aprel 16:06
Bəyəndim (2) Bəyənmədim (0)


Huawei korporasiyası ekranında qoruyucu plyonka ilə smartfon istehsalını dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Huawei Central” nəşri məlumat yayıb.
Hazırda Android smartfonlarının əhəmiyyətli bir hissəsi zavodda ekranına qoruyucu plyonka çəkilmiş halda tədarük edilir. Lakin Huawei-nin yeni Pura 90 telefonları bu detala sahib olmayıb. Çin korporasiyası plyonkanın səmərəsizliyi səbəbindən ondan imtina etdiyini izah edib.
Şirkətin baş icraçı direktoru Riçard Yu jurnalistlərlə söhbətində vurğulayıb ki, Huawei-nin yeni cihazları Kunlun Glass anti-reflektiv şüşə ilə təchiz olunub. O qeyd edib ki, bu şüşə parlaqlığın əks olunmasını 70 faiz azaldır və əvvəlki modelindən 16 dəfə daha dayanıqlıdır. Bundan əlavə, şüşənin telefonun ekranı aşağı düşdükdə yaranan zərbəyə 25 dəfə daha yaxşı dözdüyü iddia edilir.
Yu-nun sözlərinə görə, bu səbəbdən Huawei smartfonları əlavə qorunmaya ehtiyac duymur. Lakin şirkət rəhbəri qeyd edib ki, əgər telefon sahibləri yenə də qorunma ilə smartfon istifadə etmək istəyirlərsə, brendin mağazalarından plyonka ala və əməkdaşlardan onu pulsuz yapışdırmalarını xahiş edə bilərlər.
Almaz Həsənli