İndoneziya dizel idxalını dayandıracaq və palma yağına keçid edəcək

İndoneziya dizel idxalını dayandıracaq və palma yağına keçid edəcək

20 Aprel 12:11
Bəyəndim (1) Bəyənmədim (0)


Antara News-un verdiyi məlumata görə, İndoneziyanın Kənd Təsərrüfatı Naziri Andi Amran Süleyman 19 apreldə 1 iyuldan etibarən dizel idxalını dayandırmaq planlarını açıqladı. Ölkə yarı dizel və yarı xam palma yağından (CPO) ibarət bioyanacaq qarışığını tətbiq edən B50 standartına keçir.

Agentlik nazirin sözlərinə istinadən bildirib ki, "Bu, İndoneziyanın gələcəyinin enerjisidir, çünki o, palma yağından istehsal olunur. Palma yağı benzinlə yanaşı, dizel yanacağına da çevrilə bilər".

O izah edib ki, palma yağı təkcə dizel yanacağına deyil, həm də benzin və etanola emal edilə bilər. Hökumət inkişafa dövlətə məxsus plantasiya şirkəti PTPN IV-i cəlb edəcək və bundan sonra istehsal genişləndirilə bilər.

Cənab Süleyman vurğulayıb ki, yeni standart palma yağının alternativ yanacaq kimi istifadəsi ilə milli enerji müstəqilliyinin möhkəmləndirilməsinə töhfə verəcək.

Əziz MUSTAFA