Bakıda Azərbaycan-Rusiya Biznes Şurasının iclası keçirilir
Cümə günü Bakıda hər iki ölkənin biznes və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya Biznes Şurasının iclası keçirilir.
Oxuməni.az "Report"un məlumatına istinadla xəbər verir ki, şuranın həmsədrləri "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov və "Biznes Rusiya" Ümumrusiya ictimai təşkilatının sədri Aleksey Repikdir.
Tədbirdə Azərbaycan Baş nazirinin müavinləri Şahin Mustafayev və Rusiya Federasiyasından Aleksey Overçuk, eləcə də Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev və AZPROMO-nun icraçı direktoru və Biznes Şurasının sədr müavini Yusif Abdullayev çıxış edəcəklər.
Bundan əlavə, "Texnopolis Ximqrad" ASC ilə "Next-T" ASC arasında "Next-T Group"un rezidentlik niyyətləri ilə bağlı müqavilənin imzalanması planlaşdırılır.
Oxuməni.az






















































































