Stefano Gabbana “Dolce & Gabbana”-dan ayrılıb

Stefano Gabbana “Dolce & Gabbana”-dan ayrılıb

Bəyəndim (2) Bəyənmədim (0)


Stefano Gabbana “Dolce & Gabbana”-nın sədri vəzifəsindən ayrılıb və şirkətdəki payının satılması variantlarını nəzərdən keçirir. Bu barədə Oxuməni.az “Bloomberg”-in məlumatına istinadla xəbər verir.
1985-ci ildə Domeniko Dolçe ilə birlikdə brendi təsis etmiş dizayner 2025-ci ilin dekabrında vəzifəsindən ayrılıb. 2026-cı ilin yanvar ayından etibarən direktorlar şurasının sədri Domenikonun qardaşı və şirkətin hazırkı baş icraçı direktoru Alfonso Dolçe olub.
Bu dəyişikliklər maliyyə problemləri və biznesi yenidən qurmaq cəhdləri fonunda baş verir. Şirkət xarici investor cəlb etmək və ya payının bir hissəsini satmaq barədə düşünür. Eyni zamanda, Dolce ailəsi daxilində idarəetmə tədricən gücləndirilir.
KİV-in məlumatına görə, “Dolce & Gabbana” hazırda 450 milyon avro borclarını ödəmək üçün 150 milyon avroya qədər vəsait axtarır. Bunun üçün şirkət daşınmaz əmlakının bir hissəsini satıla bilər və ya digər brendlərlə əməkdaşlıq etdiyi lisenziyaları yenidən nəzərdən keçirə bilər.
Xatırladaq ki, “Dolce & Gabbana” dəbli tandemini 1985-ci ildə Milan şəhərində təsis ediblər. Əvvəlcə bu, kiçik bir dizayner dueti idi, lakin artıq 80-ci illərin sonunda özünəməxsus estetikaları sayəsində diqqət çəkiblər. 90-cı illərdə, əsasən ulduzlarla əməkdaşlıq sayəsində, onlar dünyanın aparıcı moda evlərindən birinə çevrildilər.
Brendin görkəmli pərəstişkarları arasında Madonna, Monika Belluççi, Cey Lo və Kim Kardaşyan var ki, onlar səhnədə və qırmızı xalçada dəfələrlə bu brendin geyimlərində görünüblər.
Almaz Həsənli