NYT “Bitcoin”in mümkün yaradıcısının adını açıqlayıb
Yeni Bitcoin yaradıcısı kimi britaniyalı iş adamı və proqramçı Adam Bekin adı çəkilir. O, kriptovalyuta cəmiyyətində nüfuzlu bir şəxsdir. Oxuməni.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazır.
Qəzetin qeyd etdiyi kimi, 2011-ci ilə qədər Bitcoinin ixtiraçısı Satoşi Nakamoto hesab olunurdu. O, 2008-ci ildə kriptovalyutanın işini təsvir edən manifest dərc etmiş anonim şəxs və ya qrup idi. 2011-ci ildən sonra Nakamoto ictimaiyyətdən yoxa çıxdı və onun təxəllüsü altında bir çox insan şübhəli bilinirdi: amerikalı iş adamı, kanadalı proqramçı, fin sosioloq və hətta irlandiyalı tələbə.
“The New York Times” qəzetinin jurnalisti Con Karayr araşdırma aparıb. O, potensial namizədlərin sosial media paylaşımlarını Nakamotonun manifestinin mətninə uyğunlaşdırıb. Nəticədə, Bekin Bitcoin yaradıcısının profili ilə ən uyğun gəldiyi qənaətinə gəlib. O, arqument olaraq iş adamının britaniyalı və kriptoqraf olduğunu, Nakamotonun Bitcoinin mədən çıxarılması üçün istifadə etdiyi “hashcash” sistemini yaratdığını qeyd edib. Bundan əlavə, Nakamoto texniki manifestdə Bekdən və onun işindən bəhs edib, həmçinin iş adamı Bitcoindən əvvəl Nakamoto adı altında həyata keçirilən bir sistemi təsvir edib.
NYT redaksiyası da fransız mütəxəssisdən müstəqil dil ekspertizası sifariş edib. Ekspert iki ehtimal namizəd göstərib: Bek və 2014-cü ildə vəfat etmiş amerikalı proqramçı Hel Finni.
2024-cü ildə amerikalı HBO telekanalı sənədli film çəkib. Filmə görə, Satoşi Nakamoto təxəllüsü altında Bitcoinin əsl şəxsiyyətini aşkar etməyə nail olub.
Almaz Həsənli























































































