Neftin qiymətləri İranda atəşkəs xəbərlərindən sonra aşağı düşüb

Neftin qiymətləri İranda atəşkəs xəbərlərindən sonra aşağı düşüb

Bəyəndim (2) Bəyənmədim (0)

Qlobal bazarlar İrandakı iki həftəlik atəşkəs xəbərlərinə neft və neft məhsullarının qiymətlərinin düşməsi ilə reaksiya verib. Bu gün səhərədək Brent markalı neftin fyuçerslərinin dəyəri barel üçün təxminən 95 dollar ətrafında dəyişirdi, baxmayaraq ki, bir gün əvvəl o, təxminən 110 dollara satılırdı. Oxuməni.az xəbər verir ki, bu, qiymətləri izləyən xidmətlərin məlumatlarından irəli gəlir.
Trading Economics platformasına görə, xam neft bir sutka ərzində qlobal bazarlarda 14% ucuzlaşaraq barel üçün 96 dollara satılıb. ABŞ-da soba yanacağı kimi istifadə olunan mazut bir sutka ərzində 17%, benzin isə 10%-ə yaxın ucuzlaşıb.
Neft sektorundakı qiymət enişi, bazarların ABŞ və İsrailin İrana qarşı müharibəsində iki həftəlik atəşkəs xəbərlərinə və Fars körfəzi ölkələrindən digər regionlara neft tədarükü üçün ən vacib arteriyalardan biri olan Hörmüz boğazının İran tərəfindən blokadasının tezliklə götürüləcəyi ehtimalına aydın reaksiyasıdır.
Almaz Həsənli