Brent markalı neftin qiyməti həftəsonundan sonra yüksəlir
Brent markalı neftin qiyməti uzun həftəsonundan sonra bazar ertəsi günü yüksəldi, ən yaxın çatdırılma tarixi üçün WTI müqaviləsi isə daha aşağı ticarət olunur.
Oxuməni.az xəbər verir ki, London ICE Futures Birjasında iyun ayı üçün Brent markalı neftin qiyməti Bakı vaxtı ilə saat 9:20-də bir barel üçün 109,77 dollar təşkil edib ki, bu da əvvəlki bağlanışdan 0,74 dollar (0,68%) çoxdur.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində may ayı üçün WTI markalı neftin qiyməti 0,19 dollar (0,17%) azalaraq bir barel üçün 111,35 dollara düşüb. ABŞ, Avropa və bir sıra Asiya ölkələrində Pasxa bayramları səbəbindən ticarət ötən cümə günü dayandırılıb. Bəzi bazarlar bazar ertəsi günü hələ də bağlıdır, ona görə də ticarət aktivliyi adi haldan daha aşağıdır. Cümə axşamı bazar bağlanışında Brent markalı neftin qiyməti bir barel üçün 109,03 dollar, WTI markalı neftin qiyməti isə bir barel üçün 111,54 dollar olub.
Almaz Həsənli

















































































.jpg)











