Unilever və McCormick 65 milyard dollarlıq qida nəhəngi yaradacaqlar

Unilever və McCormick 65 milyard dollarlıq qida nəhəngi yaradacaqlar

Bəyəndim (2) Bəyənmədim (0)

Amerikalı sous və ədviyyat istehsalçısı McCormick, Unilever-in qida bölməsini satın aldığını elan etdi. Razılaşmaya əsasən, Unilever Foods 45 milyard dollara, birləşmiş qurumun dəyəri isə 65 milyard dollardan çox olacaq. Bu barədə Oxuməni.az “ir.mccormick.com”a istinadla xəbər verir.

Razılaşma şərtlərinə görə, Unilever səhmdarları birləşmiş qurumun 55,1%-nə, McCormick səhmdarları 35%-nə, Unilever isə 9,9%-nə sahib olacaq. Razılaşmanın müvafiq tənzimləyici orqanlar tərəfindən təsdiqlənməsi şərti ilə 2027-ci ilin ortalarında başa çatacağı gözlənilir.

Birləşmiş şirkətin beynəlxalq qərargahı Niderlandda yerləşəcək. Qida bölməsini satdıqdan sonra Unilever-in 1930-cu ildə Niderlandın Margarine Unie və Britaniyanın Lever Brothers şirkətlərinin birləşməsi nəticəsində əldə etdiyi Niderland aktivləri qalmayacaq. Şirkət indi dəri, üz və digər qulluq məhsulları, eləcə də ev kimyəvi məhsullarının istehsalına fokuslanacaq.

Unilever və McCormick səhmləri razılaşma xəbərinə uyğun olaraq müvafiq olaraq 7% və 5% ucuzlaşıb. “Reuters” qeyd edir ki, investorlar razılaşmanın mürəkkəb strukturundan, onun başa çatması üçün uzun müddətdən və potensial antiinhisar araşdırmaları ehtimalından narahatdırlar.

Almaz Həsənli