Rusiyadan nağd rubl və qızıl ixracı məhdudlaşdıılrdı

Rusiyadan nağd rubl və qızıl ixracı məhdudlaşdıılrdı

Bəyəndim (1) Bəyənmədim (0)

2026-cı il aprelin 1-dən etibarən fiziki şəxslər Rusiyadan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Gömrük İttifaqı ölkələrinə (Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan) 100 min dolları aşan məbləğdə nağd rubl çıxara bilməyəcəklər. Oxuməni.az xəbər verir ki, müvafiq fərmanı çərşənbə günü, Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Fərdi sahibkarlar və hüquqi şəxslər üçün nağd pulun qatarla və ya avtomobillə çıxarılmasına qadağa məbləğindən asılı olmayaraq qüvvədə olacaq. Onlar nağd rublu yalnız Rusiya Federasiyasının beynəlxalq hava limanları vasitəsilə çıxara biləcəklər.

Aprelin 1-dən etibarən fiziki və hüquqi şəxslər, habelə fərdi sahibkarlar vəsaitin mənşəyini bank çıxarışları ilə təsdiqləməli və xaricdə istifadə məqsədlərini təsvir edən bəyannamə doldurmalı olacaqlar.

Prezidentin fərmanı həmçinin Rusiya Federasiyasından 100 qramdan ağır qızıl külçələrinin çıxarılmasına məhdudiyyətlər tətbiq edir.

2026-cı il mayın 1-dən etibarən Aİİ ölkələrinə belə külçələri hüquqi şəxslər və fərdi sahibkarlar yalnız Şeremetyevo, Domodedovo, Vnukovo və Knevichi hava limanları vasitəsilə, Rusiya Sınaq Palatasından xüsusi icazə aldıqdan sonra çıxara biləcəklər.

Fiziki şəxslər üçün yeni məhdudiyyətlər yalnız Aİİ dövlətlərinə deyil, digər ölkələrə də şamil ediləcək.

Almaz Həsənli