ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaldıb, üç fiziki şəxs və üç qurum qara siyahıdan çıxarılıb
ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyahılarından üç fərdi və üç qurumu çıxarıb. Bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən bildirilib.
Sberbank-da Özəl Bankçılıq şöbəsinə rəhbərlik edən Yevgeniya Tyurikova üçün məhdudiyyətlər qaldırılıb. Rusiya dövlət korporasiyasında çalışan Boris Vorontsov və Türkiyə vətəndaşı Türken Berk də siyahılardan çıxarılıb.
Bundan əlavə, üç təşkilata qarşı sanksiyalar qaldırılıb: BƏƏ-də yerləşən neft və qaz şirkəti Futuris FZE, Türkiyənin lift avadanlığı istehsalçısı BSB Group və Türken Berkin rəhbərlik etdiyi Türkiyə çap şirkəti Turken Digital Matbaa Teknolojileri.
Əziz MUSTAFA
Digər xəbərlər






















































.jpg)
.jpg)
.jpg)

































