“Bitcoin”in qiyməti 76 min dollara yüksəldi

“Bitcoin”in qiyməti 76 min dollara yüksəldi

Bəyəndim (2) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Bitcoin-in dəyəri artır, ticarət zamanı onun qiyməti təxminən altı həftə ərzində ilk dəfə 76 min dollara çatmışdı. Oxuməni.az xəbər verir ki, bu barədə ticarət məlumatları xəbər verir.
20-dən çox birja üzrə orta qiyməti hesablayan “Coinmarketcap” portalının məlumatına görə, Bakı vaxtı ilə saat 9:07-yə olan vəziyyətə görə, Bitcoin-in dəyəri son sutka ərzində hələlik cüzi 0,64% artaraq 74 302,36 dollara çatıb. O cümlədən, kriptovalyuta ticarətinin həcminə görə ən böyük birja olan Binance-də 0,62% artaraq 74 300 dollar təşkil edib.
Bununla yanaşı, çərşənbə axşamı əvvəl Bitcoin-in qiyməti 76 min dollara yüksəlmişdi ki, bu da fevralın 4-dən bəri ən yüksək göstərici idi.
Almaz Həsənli