Neftin qiyməti 120 dollar həddinə yaxınlaşdı

Neftin qiyməti 120 dollar həddinə yaxınlaşdı

9 Mart 10:48
Bəyəndim (1) Bəyənmədim (0)



Dünya enerji bazarında neft qiymətləri artıb.
Londonun ICE birjasında Brent markalı neftin qiyməti 2022-ci ilin iyun ayından bəri ilk dəfə olaraq bir barel üçün 119 dollar həddini keçib. Oxuməni.az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından görünür.
Bakı vaxtı ilə saat 06:30-a olan məlumata görə, 2026-cı ilin may ayında tədarük ediləcək Brent neftinin fyuçers qiyməti bir barel üçün 119,36 dollara çatıb. Beləliklə, kotirovkalar əvvəlki göstərici ilə müqayisədə 28,77% artıb.
ABŞ prezidenti Donald Tramp neftin cari qiymət sıçrayışının qısamüddətli olduğunu düşünür. Amerika lideri İranın nüvə təhlükəsi zərərsizləşdirildikdən sonra xammal qiymətlərinin kəskin şəkildə azalacağına əminliyini ifadə edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Almaz Həsənli