Çin dollar milyarderlərinin sayına görə ABŞ-ı ötüb

Çin dollar milyarderlərinin sayına görə ABŞ-ı ötüb

Bəyəndim (4) Bəyənmədim (0)

Çin tədqiqat təşkilatı Hurun Araşdırma İnstitutunun (Hurun) hesabatına görə, dollar milyarderlərinin sayına görə ölkələrin yenilənmiş Qlobal Zənginlər Siyahısı 2026 reytinqində Çin ABŞ-ı ötərək birinci yeri tutub. Yanvar ayı etibarilə siyahıya 726 yeni üzv daxil edilib ki, onlardan 318-i Çin vətəndaşı olub.

Hurun iddia edir ki, dünya üzrə dollar milyarderlərinin ümumi sayı ilk dəfə 4000-i keçərək 4020-yə çatıb. Çində 1110 milyarder var ki, bu da əvvəlki illə müqayisədə 287 milyarder artım deməkdir. ABŞ 1000 (130 artım) ilə ikinci yerdədir. Hindistan 308 (24 artım) ilə üçüncü yerdədir. Onları Almaniya, Birləşmiş Krallıq və İsveçrə izləyir. Rusiya 105 milyarderlə (+10) yeddinci yerdədir. Avstraliya, Sinqapur və Kanada da ilk onluğa daxil olub.

Amerikalı milyarder Elon Mask ardıcıl altıncı ildir ki, 792 milyard dollarlıq sərvəti ilə planetin ən varlı adamı olaraq qalır.

Milyarder şirkətlər siyahısında 114-ü süni intellekt inkişafı sahəsini təmsil edir. Hujun şirkətinin məlumatına görə, bu şirkətlərdən qırx altısı siyahıya yeni daxil edilib və bu da süni intellekt sahəsini ən böyük yeni milyarder mənbəyinə çevirir.
Əziz MUSTAFA