Azərbaycandan Ermənistana növbəti partiya neft məhsulları və Rusiyadan gübrə göndərilib
Azərbaycandan Ermənistana dizel yanacağı və Rusiya gübrələri göndərilib.
Oxuməni.az "Report"a istinadla xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində 1984 ton dizel yanacağı ilə dolu 31 vaqon, həmçinin Rusiyadan gətirilmiş 135 ton gübrə ilə yüklənmiş iki vaqondan ibarət yük qatarı yola salınıb.
Xatırladaq ki, 2025-ci ilin noyabrında 35 ildə ilk dəfə olaraq Azərbaycan vasitəsilə Ermənistana 1050 ton Rusiya buğdası göndərilmişdi. Artıq dekabrda Ermənistana ilk Azərbaycan yükü – 1218 ton Aİ-95 markalı benzinlə dolu 22 vaqon çatdırılmışdı. 2026-cı il yanvarın 7-də Azərbaycanın Ermənistana yeni partiya – 7600 ton benzin və dizel yanacağı göndərdiyi məlum olmuşdu.
Bununla yanaşı, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan yanvarın sonunda bildirmişdi ki, İrəvan Bakı ilə Rusiyadan mayeləşdirilmiş qaz və bitumun dəmir yolu ilə Azərbaycan üzərindən tədarükü barədə razılığa gəlib.
Oxuməni.az








































.jpg)
.jpg)
.jpg)



















.jpg)





.jpg)
.jpg)
.jpg)



















