Küçə adları və reklamlara nəzarət sərtləşəcək
Prezident əmr verib
Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının qorunmasına nəzarət sərtləşəcək. Bu, Prezident İlham Əliyevin aprelin 9-da imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ında yer alıb. Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr 2013 -2015-ci illərdə küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
O.M.
Digər xəbərlər