Neftin qiyməti 85 dollardan yuxarı qalxdı
London ICE birjasında Brent neftinin may fyuçerslərinin dəyəri 9,46% artaraq, maksimumda barelin qiyməti 85,1 dollara yüksəldi. Oxuməni.az RBC-ya istinadla xəbər verir ki, bu, martın 3-də aparılan ticarət əməliyyatlarının nəticələrinə əsaslanır.
Brent neftinin bareli ən son 1,5 ildən çox əvvəl, 18 iyul 2024-cü ildə 85 dollardan yuxarı qiymətlə ticarət olunmuşdu.
Həftənin əvvəlindən neftin qiymətləri 16%-dən çox artmışdır. Bazar, fevralın 28-də başlayan ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı və İran İslam Respublikasının cavab zərbələri xəbərlərinə belə reaksiya vermişdir.
Analitiklər qeyd edirlər ki, Hörmüz boğazının bağlanması halında, bazar belə həcmdə neftin uzun müddət olmamasına dözə bilməyəcək - əvəz etmək üçün dünya gücləri kifayət etməyəcək. Gəmi axınının tamamilə dayandırılması halında, proqnozlara görə, neftin qiymətləri bareli 100 dollardan yuxarı qalxa bilər.
Almaz Həsənli












































.jpg)
.jpg)
.jpg)






















.jpg)





















