Netflix Warner Bros.-u almaqdan imtina edir
Netflix, Warner Bros. Discovery-nin kino biznesini və şirkətə məxsus HBO Max striminq xidmətini almaqdan imtina edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə “The New York Times”, Netflix-in baş icraçı direktorları Ted Sarandos və Qreq Piterin birgə açıqlamasına istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Warner Bros. Discovery, Paramount-dan gələn əks təklifi, şirkətin dekabr 2025-ci ildə Netflix ilə imzaladığı müqavilə ilə müqayisədə daha sərfəli bir razılaşma hesab edib. Həmin razılaşmanın şərtlərinə əsasən, Netflix-in səhm başına 27,75 dollar ödəməli idi və borcları da daxil olmaqla Warner Bros. Discovery-nin ümumi dəyəri 82,7 milyard dollar təşkil edirdi.
Daha əvvəl məlum olmuşdu ki, Paramount şirkəti Warner Bros. Discovery-yə yeni bir təkliflə çıxış edib və səhm başına 31 dollara qədər ödəməyə hazır olduğunu bildirib. “The New York Times” yazır ki, bu əks təklifə əsasən, sövdələşmənin ümumi dəyəri 111 milyard dollar təşkil edəcək. Bu fonda Warner Bros. Discovery, Netflix-ə Paramount-un təklifini üstələməyi təklif edib.
Netflix-in baş icraçı direktorları öz açıqlamalarında vurğulayıblar ki, indi "sövdələşmə maliyyə baxımından cəlbedici görünmür". The Hollywood Reporter-in məlumatına görə, sövdələşmə halında Paramount, Netflix-ə 2,8 milyard dollar kompensasiya da ödəyəcək ki, bu məbləği Warner Bros. Discovery indi mövcud birləşmə razılaşmasının ləğvi üçün təqdim etməli olacaq.
Almaz Həsənli































.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















