Gümüşün qiyməti 90 dollardan yuxarı qalxdı
Gümüşün qiyməti 4 fevraldan bəri ilk dəfə olaraq bir troya unsiyasına görə 90 dollardan yuxarı qalxdı.
Oxuməni.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatları göstərir.
Xüsusilə, Comex birjasında Bakı vaxtı ilə saat 09:34-də göstərici 2,86% artaraq 90,01 dollara çatdı.
Bununla belə, Bakı vaxtı ilə saat 09:50-də gümüşün qiyməti sürətlə artmağa başladı və bir troya unsiyasına görə artıq 90,97 dollara çatdı. Eyni zamanda, qızıl fyuçersləri 5227,6 dollara satılırdı. Palladiyumun qiyməti 1850,5 dollar, platinin isə 2277,5 dollar təşkil etdi.
Yanvarın sonunda qızılın qiyməti ilk dəfə olaraq bir troya unsiyasına görə 5600 dollardan yuxarı qalxdı. Eyni zamanda, gümüşün qiyməti də rekord vuraraq unsiyə görə 119 dollara çatdı.
Almaz Həsənli



































.jpg)
.jpg)
.jpg)

















































