Gürcüstanda xaricilərə kənd təsərrüfatı təyinatlı torpaqların satışı qadağan edilib
Baş nazir İrakli Kobaxidze parlamentdə interpelasiya zamanı bildirib ki, ölkədə qəbul edilmiş konstitusiya dəyişiklikləri xaricilərə kənd təsərrüfatı təyinatlı torpaqların satılmasını tamamilə qadağan edir.
Oxuməni.az “24News.ge”yə istinadla xəbər verir ki, baş nazir qeyd edib ki, hazırda hökumət bir sıra istiqamətlərdə çox aydın və şəffaf şəkildə fəaliyyət göstərir.
O bildirib ki, hər bir torpaq sahəsinin satışı açıq hərraclar vasitəsilə həyata keçirilir:
“Deyirlər ki, torpaqları xaricilərə satırıq. Mən xatırlatmaq istəyirəm ki, konstitusiya dəyişiklikləri ilə xaricilərə kənd təsərrüfatı təyinatlı torpaqların satışı tam qadağan olunub. Biz bütün prosesləri açıq və şəffaf aparırıq,” – deyə İrakli Kobaxidze bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, konstitusiya xaricilərə bu torpaqların satışını məhdudlaşdırır və yalnız açıq hərraclar vasitəsilə torpaq icarəyə verilə bilər.
Almaz Həsənli



























.jpg)
















.jpg)
.jpg)
.jpg)





.jpg)






















.jpg)
.jpg)
.jpg)















