Rusiya  sanksiyaların aradan qaldırılması müqabilində Trampa 12 trilyon dollarlıq saziş təklif edibmiş

Rusiya sanksiyaların aradan qaldırılması müqabilində Trampa 12 trilyon dollarlıq saziş təklif edibmiş

Bəyəndim (1) Bəyənmədim (0)


Keçən il Alyaska görüşündən əvvəl Rusiya ABŞ prezidenti üçün iqtisadi sahədə sanksiyaların aradan qaldırılması müqabilində 12 trilyon dollar dəyərində "ən böyük saziş" hazırlamışdı. Bu barədə Oxuməni.azThe Economist-ə istinadən məlumat verib.

The Economist-in məlumatına görə, zənginləşdirmə vədləri uzun müddətdir Rusiya diktatoru Vladimir Putinin strategiyasının əsasını təşkil edir.

Nəşrin məlumatına görə, Putinin avqust ayında ABŞ prezidenti Donald Trampla görüşündən əvvəl Rusiya Milli Təhlükəsizlik Şurası üçün cənab Trampa "indiyə qədərki ən böyük sazişi" necə satmaq lazım olduğunu izah edən bir memorandum hazırlanıb.
Keçən ilin aprel ayından bəri Rusiyanın suveren sərvət fonduna rəhbərlik edən Kirill Dmitriyev Trampın xüsusi elçisi Stiv Vitkovla ən azı doqquz dəfə görüşüb. Tramp ailəsinə yaxın şəxslər Rusiyanın enerji aktivlərində səhmlərin alınması ilə bağlı danışıqlar aparırdılar.

ABŞ-a Arktika nefti və qazı, nadir torpaq mineralları, nüvə məlumat mərkəzi, Berinq boğazının altından keçən tunel və Exxon Mobil aktivlərinin 5 milyard dollarlıq qaytarılması ilə bağlı sövdələşmələr təklif edilib.

Media xəbərlərinə görə, Rusiyaya qarşı sanksiyaların yumşaldılması müqabilində ümumi sövdələşmə paketi 12 trilyon dollar dəyərində qiymətləndirilib. Lakin, The Economist-in qeyd etdiyi kimi, təkliflərin əksəriyyəti Trampın maraqlarına yönəlmişdi, faktiki iqtisadi fayda isə xeyli az idi.

Ən optimist proqnozlar altında belə, Amerika şirkətlərinin faktiki gəliri ildə 340 milyard dolları keçməyəcəkdi - vəd edilən trilyonların sadəcə bir hissəsi.

Nəşr qeyd edir ki, belə bir təklifi qəbul etmək faktiki olaraq Rusiya iqtisadiyyatının bərpasına investisiya qoymaq və Kremli yeni müharibələrə hazırlamaq demək olardı. Buna görə də, Vaşinqton üçün bu razılaşma real faydadan daha çox təhlükəli bir tələdir.

Əziz MUSTAFA