Bloomberg: Maskın SpaceX və xAI şirkətləri hədəfi təqib edə bilən dronların səsli idarəetmə proqram təminatının hazırlanması üzrə Pentaqon müsabiqəsinə daxil olub
İlon Maskın bu yaxınlarda birləşən SpaceX və xAI şirkətləri Pentaqonun səsli idarə olunan avtonom dron sürüləri texnologiyasının yaradılması üzrə gizli müsabiqəsində iştirak edir. Oxumıni.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazır.
100 milyon dollar mükafat fondu olan müsabiqə yanvar ayında başlayıb. Onun məqsədi altı ay ərzində səsli əmrləri hədəfi müstəqil şəkildə təqib edə bilən pilotsuz təyyarə sürüsünü idarə etmək üçün rəqəmsal təlimatlara çevirən proqram təminatı hazırlamaqdır.
Müsabiqə iştirakçıların uğurundan və marağından asılı olaraq mərhələli şəkildə keçiriləcək. İş proqram təminatının hazırlanmasından başlayaraq real şəraitdə sınaqlara qədər beş mərhələ üçün nəzərdə tutulub. Pentaqon nümayəndəsi dronların hücum məqsədləri üçün istifadə ediləcəyini bildirib.
“Bloomberg”-in mənbələrinə görə, Maskın şirkətləri müsabiqədə iştirak etmək üçün seçilmiş bir neçə şirkətdən biridir. “Bloomberg” yazır ki, xAI, veb saytındakı elanlara əsasən, federal podratçılarla işləmək üçün "məxfi" və ya "tamamilə məxfi" səviyyəli mövcud təhlükəsizlik icazəsi olan mühəndislərin işə götürülməsi üçün genişmiqyaslı kampaniyaya başlayıb.
“Bloomberg”-in qeyd etdiyi kimi, Maskın şirkətlərinin Pentaqon müsabiqəsinə daxil olması iş adamı üçün yeni bir mərhələ təşkil edir - baxmayaraq ki, o, süni intellektin inkişafına "həvəslə" yanaşır, lakin əvvəllər "insanları öldürmək üçün yeni alətlər" və avtonom hücum silahlarının yaradılmasına qarşı çıxırdı.
SpaceX və xAI şirkətləri şərh sorğularına cavab verməyiblər.
Almaz Həsənli



























.jpg)
.jpg)
.jpg)


























































