“Chevron” və “Repsol” Venesuelada neft hasilatı üçün əlavə ərazilər əldə edəcək

“Chevron” və “Repsol” Venesuelada neft hasilatı üçün əlavə ərazilər əldə edəcək

Bəyəndim (1) Bəyənmədim (0)

Venesuela hakimiyyəti xarici şirkətlərin, xüsusilə Amerika Birləşmiş Ştatlarının "Chevron" və İspaniyanın "Repsol" şirkətlərinin neft kəşfiyyatı və hasilatı üçün ərazilərə çıxışını genişləndirmək niyyətindədir. Oxuməni.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumatlara görə, Karakas artıq bu həftə ərzində kəşfiyyat və hasilat üçün lisenziyalar verməyə hazırdır.

ABŞ Energetika Nazirliyinin rəhbəri Kris Rayt fevralın 12-də Venesuelanın Orinoko neft qurşağındakı "Chevron" layihəsinə baş çəkib və "Bloomberg"ə verdiyi müsahibədə Vaşinqtonun "tezliklə" əlavə lisenziyalar verəcəyini və "Chevron" kimi şirkətlərin növbəti 18-24 ay ərzində hasilatı 30%-ə qədər artırmaqdan fayda görəcəklərini bildirib.

"Chevron" Venesuelada təxminən 100 ildir fəaliyyət göstərir və uzun müddət sanksiyalar rejiminə baxmayaraq ölkədə məhdud mövcudluğunu qoruyan azsaylı Amerika şirkətlərindən biri olub.

"Repsol" regionda 20 ildən çox fəaliyyət göstərir və ənənəvi olaraq Venesuelanın dövlət neft şirkəti ilə birgə layihələrdə iştirak edir.

Almaz Həsənli