Səudiyyə Ərəbistanının “Midad Energy” şirkəti "Lukoyl"un xarici aktivlərini almaq barədə razılığa gəlib
Səudiyyə Ərəbistanının “Midad Energy” şirkəti Rusiya neft şirkəti "Lukoyl"un xarici aktivlərinin satın alınması barədə ilkin saziş imzalayıb. Oxuməni.az-ın xəbərinə görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Saziş 2026-cı ilin yanvar ayının sonunda imzalanıb və "bütün hədəf aktivləri əhatə edir". Midad aktivləri nağd pulla almağa razılaşıb və lazımi tənzimləyici orqanların, o cümlədən ABŞ Maliyyə Nazirliyinin razılığını alana qədər vəsaitləri xüsusi əmanət hesabına yerləşdirib.
“Reuters” qeyd edir ki, Rusiya şirkətinin xarici aktivlərinin satılması ilə bağlı hər hansı yekun saziş ABŞ Maliyyə Nazirliyinin təsdiqini tələb edəcək. Agentliklə söhbət edənlərin sözlərinə görə, Vaşinqtonun razılaşmaya razılıq verəcəyinə dair heç bir zəmanət yoxdur.
“Midad Energy” və "Lukoyl" Reuters-in şərh tələbinə cavab verməyib.
Almaz Həsənli



































.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)




















