Azərbaycandan Ermənistana öz ərazisi vasitəsilə malların ixracına icazə verildi
Azərbaycan Ermənistana öz məhsullarını üçüncü ölkələrə öz ərazisi vasitəsilə ixrac etməyə icazə verib.
Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
"Biz hamımız bilirik ki, Azərbaycan vasitəsilə Ermənistanla dəmir yolu əlaqəsi maneəsiz işləyir. Lakin qeyd etmək çox vacibdir ki, Ermənistandan Azərbaycan ərazisi vasitəsilə xarici dünyaya dəmir yolu əlaqəsi də açıqdır. [Bakı nümayəndələri] təsdiqlədilər ki, Ermənistan biznesi və iqtisadi subyektləri ixrac üçün Azərbaycan dəmir yolundan istifadə edə bilərlər", - Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan mallarının Azərbaycan ərazisi vasitəsilə ixrac imkanı Abu-Dabidəki danışıqlarda qeydə alınıb. Paşinyan qeyd edib ki, dəmir yolu vasitəsilə Ermənistan Gürcüstan, Rusiya, Çin və Mərkəzi Asiya ölkələri də daxil olmaqla üçüncü ölkələrə mal tədarük edə biləcək.
Baş nazir əlavə edib ki, onda Ermənistan biznesinin bu xəbəri hələ dərk etmədiyi təəssüratı yaranıb. "Çünki, mənim fikrimcə, bizim biznes strukturlarımız artıq ixrac haqqında düşünməlidirlər", - Paşinyan vurğulayıb.
Almaz Həsənli





























.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)


























