Avstraliya və Aİ ticarət sazişi danışıqlarını bərpa edir

Avstraliya və Aİ ticarət sazişi danışıqlarını bərpa edir

Bəyəndim (3) Bəyənmədim (0)

Avstraliya və Avropa İttifaqı sərbəst ticarət sazişi üçün danışıqlar masasına qayıdır. Bu həftə Avstraliya naziri Brüsseldə Avropa Komissiyasının nümayəndələri ilə sazişin şərtlərini müzakirə edəcək. Bu barədə Ticarət naziri Don Farrell mətbuata verdiyi açıqlamasında bildirib.

"Brüsseldə qarşılıqlı faydalı ticarət sazişini müzakirə etmək üçün Avropa Ticarət Siyasəti və İqtisadi Təhlükəsizlik üzrə Komissar Maroş Şefçoviç və Aİ Kənd Təsərrüfatı və Qida üzrə Komissarı Kristof Hansen ilə görüşəcəyəm. Alban hökuməti ixracatçılarımız üçün yeni bazarlar açmaq, iqtisadiyyatımızda daha çox iş yeri yaratmaq və avstraliyalılar üçün xərcləri azaltmaq niyyətindədir", - deyə cənab Farrell bəyan edib.

Nazir vurğulayıb ki, Avstraliya yalnız milli maraqlara uyğun və Avropa bazarlarını kənd təsərrüfatı istehsalçılarına açan şərtləri qəbul edəcək.

2018-ci ildə başlanan Avstraliya və Avropa İttifaqı arasında ticarət sazişi üzrə dialoq, Kanberranın Fransa sualtı qayıqlarını almaqdan imtina etməsindən sonra yaranan diplomatik böhran səbəbindən 2021-ci ildə dondurulub. Danışıqlar yalnız bir il sonra, Kanberrada yeni hökumətin işə başlamasından sonra bərpa edildi, lakin irəliləyiş əldə edilmədi.
Əziz MUSTAFA