ABŞ Rusiyanın Venesuela neft əməliyyatlarında iştirakını qadağan edib
Çərşənbə axşamı ABŞ Maliyyə Nazirliyi Venesuelaya neft əməliyyatları üçün lisenziya verib. Bu lisenziya Rusiya, İran, Şimali Koreya və Kubadan olan şəxslər və qurumlarla bağlı hər hansı əməliyyatı qadağan edir.
"Lisenziya Rusiya Federasiyasında, İran İslam Respublikasında, Koreya Xalq Demokratik Respublikasında və ya Kuba Respublikasında yerləşən və ya həmin ölkələrin qanunlarına əsasən təşkil olunmuş şəxslə və ya bu cür şəxslərə birbaşa və ya dolayı yolla sahib olan və ya nəzarət edən hər hansı bir qurumla və ya onlarla birgə müəssisə ilə bağlı hər hansı bir əməliyyata icazə vermir", - deyə Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc edilmiş sənəddə bildirilir.
Bundan əlavə, lisenziya Çin qurumlarına birbaşa və ya dolayı yolla sahib olan və ya nəzarət edən və ya onlarla birgə müəssisə olan Venesuela və ABŞ qurumları ilə əməliyyatları bloklayır.
Əziz MUSTAFA





















.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)


































