Dünyanın ən populyar bloqeri MrBeast bank aldı
YouTube-bloqeri Cimi Donaldsonın (MrBeast kimi tanınır) şirkəti Beast Industries, yeniyetmə və gənc istifadəçilərə yönəlmiş Step bank tətbiqini satın aldığını elan etdi. Bu sövdələşmə, bloqerinin şəxsi maliyyə və investisiyalara həsr olunmuş yeni YouTube kanalının buraxılması barədə elanından bir neçə ay sonra baş tutdu.Oxuməni.az xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.
Donaldsonun əsas kanalı 466 milyon abunəçiyə malikdir və platformada ən populyar kanallardan biri olaraq qalır. Videobloqer öz videolarında tez-tez böyük məbləğdə pul paylayır. Media layihələrinə əlavə olaraq, onun biznesinə virtual restoranlar şəbəkəsi, Feastables qəlyanaltı brendi və tezliklə istifadəyə veriləcək Beast Mobile mobil rabitə xidməti daxildir. Step-in alınması şirkətin maliyyə xidmətləri sahəsində ilk layihəsi oldu.
Step, fiziki filialları olmayan mobil banklar kateqoriyasına aiddir və Monzo və Revolut-a bənzər model üzrə fəaliyyət göstərir, lakin yeniyetmə auditoriyasına yönəlib. Xidmətin investorları arasında əvvəllər Z nəslinin nümayəndələri, o cümlədən bloqerlər Coş Riçards və MrBeast-in videolarında da görünən Çarli D'Amelio olub.
Almaz Həsənli




































.jpg)
.jpg)
.jpg)



















































