Mask “Tesla Semi” yük maşınlarının kütləvi istehsalının başlandığını elan etdi
Amerikalı sahibkar və Tesla şirkətinin rəhbəri İlon Mask, “Tesla Semi” elektrik yük maşınının kütləvi istehsalına 2026-cı ildə başlanacağını elan etdi.
Oxuməni.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Mask bunu X sosial şəbəkəsində bildirib.
"Tesla Semi-nin kütləvi istehsalı bu il başlayacaq", - deyə Mask yazıb.
Avtomobil istehsalçısının rəsmi internet saytındakı məlumata görə, yük maşını bir dəfə doldurma ilə təxminən 805 km məsafə qət edə biləcək və Tesla şarj cihazları vasitəsilə cəmi 30 dəqiqəyə yürüş məsafəsinin 60%-ə qədərini bərpa etmək mümkün olacaq.
Almaz Həsənli
Digər xəbərlər

























































































