Rusiya Federasiyasından nağd rubl və qızılın çıxarılması məhdudlaşdırılacaq

Rusiya Federasiyasından nağd rubl və qızılın çıxarılması məhdudlaşdırılacaq

Bəyəndim (1) Bəyənmədim (0)


Fiziki şəxslərin Rusiyadan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə 10 min dollardan (17000 manat) yuxarı məbləğdə rubl çıxarması qadağan ediləcək. Oxuməni.az xəbər verir ki, bu barədə bazar ertəsi "İnterfaks" agentliyi sənəd layihəsinə istinadən məlumat yayıb.
Layihəyə əsasən, Rusiya beynəlxalq hava limanları vasitəsilə vəsaitlərin çıxarılması istisna olmaqla, digər hallarda bu qadağanı tətbiq edəcək. Bu zaman gömrük orqanlarını məlumatlandırmaq və pulun mənşəyi və nəzərdə tutulan istifadəsi barədə məlumat vermək məcburi olacaq. Əgər 100 min dollardan (170000 manat) yuxarı məbləğ çıxarılarsa, pulun mənşəyini təsdiq edən sənədlər də təqdim edilməlidir.
Hüquqi şəxslər və fərdi sahibkarlar üçün heç bir qeyri-bəyan edilmiş minimum olmayacaq: onlar istənilən məbləği yalnız beynəlxalq hava limanları vasitəsilə və gömrük orqanlarını məlumatlandırmaqla çıxara biləcəklər.
Kredit təşkilatlarına bu məhdudiyyətlər şamil edilməyəcək.
Bundan əlavə, fiziki şəxslərin Rusiyadan ümumi çəkisi 100 qramdan çox olan qızıl külçələrini çıxarması qadağan ediləcək. "Şeremetyevo", "Domodedovo", "Vnukovo" və Vladivostok hava limanından ("Kneviçi") çıxanlar üçün Rusiya Federasiyasının Federal Probat Palatasının icazəsi şərti ilə istisnalar ediləcək.
Məhdudiyyətlərin sentyabrın 1-dən Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə qüvvəyə minməsi planlaşdırılır. Rusiya Maliyyə Nazirliyi sənəd layihəsinə münasibət bildirməyib.
Mart 2022-ci ildən Rusiyada 10 min dollardan (17000 manat) yuxarı məbləğdə nağd xarici valyuta və xarici valyutada olan pul alətlərinin çıxarılması qadağandır.
Aİİ-nin tərkibinə Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Almaz Həsənli