Çin elektron və gizli qapı tutacaqları olan avtomobillərin istehsalını qadağan etdi
Çin hakimiyyəti gizli qapı tutacaqları olan avtomobillərin istehsalını qadağan edib. Oxuməni.az xəbər verir ki, “TechCrunch” nəşrinin məlumatına görə, avtomobil istehsalçıları üçün yeni qaydalar Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təsdiqlənib.
Yeni qaydalara əsasən, indi avtomobillərdə baqaj qapısı istisna olmaqla, bütün qapılarda mexaniki sistem quraşdırılmalıdır. Dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Bundan əlavə, nəqliyyat vasitələrinin salonunda da açılış mexanizmi olmalıdır.
Nəşrin jurnalistlərinin fikrincə, Çin hakimiyyəti dünyada ilk dəfə olaraq avtomobillərdə gizli tutacaqlar problemini qaldırıb. Daha əvvəl bildirilmişdi ki, bu tutacaqlar səbəbindən bir çox avtomobil sürücüsü qəzalar zamanı avtomobillərində kilidli qalırdı.
“TechCrunch” müəllifləri xatırladıblar ki, gizli tutacaqlar, digər şeylərlə yanaşı, Tesla avtomobillərinin vizit kartına çevrilib.
Almaz Həsənli




































.jpg)
.jpg)
.jpg)
























.jpg)







.jpg)

















