Tramp: Hindistan Rusiya neftinin alınmasını dayandırmağa razılaşıb
ABŞ Prezidenti Donald Tramp iddia edir ki, Hindistanın Baş naziri Narendra Modi onunla söhbət zamanı Rusiya neftinin alınmasını dayandırmağa razılıq verib. Oxuməni.az xəbər verir ki, Ağ Ev rəhbəri telefon danışığının nəticələrini “Truth Social” sosial şəbəkəsində bazar ertəsi günü paylaşıb.
Trampın versiyasına görə, Hindistan ABŞ-dan və bəlkə də Venesueladan neft alışını artırmağa hazırdır.
"Bu, Ukraynada hazırda davam edən və hər həftə minlərlə insanın həyatını alan MÜHARİBƏNİN DAYANDIRILMASINA KÖMƏK EDƏCƏK!" - Tramp yazıb.
ABŞ lideri vurğulayıb ki, Vaşinqton Hindistan üçün ticarət rüsumunu dərhal 25%-dən 18%-ə endirməyə razılıq verib.
Tramp bildirib ki, Modi ABŞ məhsullarının alınmasını artıracaq. Onun sözlərinə görə, Hindistan "ABŞ-a qarşı tarif və qeyri-tarif maneələrini sıfıra endirmək üçün irəliləyəcək".
Öz növbəsində, Hindistan Baş naziri sosial şəbəkə X-də ABŞ lideri ilə "möhtəşəm" söhbət etdiyini yazıb. "Hindistanda istehsal olunan məhsullara tarifin indi 18%-ə endirilməsinə çox şadam", - o, Rusiya nefti ilə bağlı vəziyyəti qeyd etmədən təsdiqləyib.
Almaz Həsənli




























.jpg)
.jpg)
.jpg)
























.jpg)







.jpg)

























