Qızılın qiyməti ucuzlaşmaqda davam edir
Comex birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2026-cı ilin fevral ayında tədarük ediləcək qızıl fyuçersinin qiyməti yanvarın 19-dan bəri ilk dəfə olaraq bir troya unsiyası üçün 4700 dollardan aşağı düşüb.
Oxuməni.az-ın “TASS”-a istinadən verdiyi məlumata görə, bu, ticarət platformasının məlumatlarından irəli gəlir.
Bakı vaxtı ilə saat 05:10-a olan məlumata görə, qızılın qiyməti bir troya unsiyası üçün 4666,5 dollar təşkil edib (-4,91%).
Bakı vaxtı ilə saat 05:15-ə qədər qızılın qiyməti enişini sürətləndirərək 4644,8 dollar səviyyəsində olub (-5,35%). Beləliklə, qiymətli metalın qiyməti yanvarın 19-dan bəri ilk dəfə olaraq 4650 dollardan aşağı düşüb.
Almaz Həsənli
Digər xəbərlər

























.jpg)








.jpg)
























































