Azərbaycanın qızıl və valyuta ehtiyatları artıb

Azərbaycanın qızıl və valyuta ehtiyatları artıb

Bəyəndim (2) Bəyənmədim (0)


2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) qızıl ehtiyatlarının həcmini 200 tona çatdırıb.
Oxuməni.az-ın məlumatına görə, bu barədə SOFAZ-dan bildirilib.
2024-cü ilin göstəriciləri ilə müqayisə qızıl ehtiyatının artımında müsbət dinamikanı göstərir: ehtiyatlar 36,4% (+53,4 ton) artıb. Qeyd edək ki, 2024-cü ildə qızıl ehtiyatları 146,6 ton təşkil edib.
1 yanvar 2025-ci il tarixinə qızıl aktivləri Azərbaycan Neft Fondunun ümumi investisiya portfelinin 38,2%-ni təşkil edib ki, bu da il ərzində 22,5% artaraq 73,5 milyard dollara çatıb.
Azərbaycanın strateji valyuta ehtiyatları 1 yanvar 2026-cı il tarixinə 85 milyard 56,4 milyon ABŞ dolları təşkil edib.
Bu məbləğin 86,5%-i və ya 73 milyard 541,5 milyon dolları Azərbaycan Dövlət Neft Fondu (ARDNF, SOFAZ), 13,5%-i və ya 11 milyard 514,9 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının payına düşür.
Almaz Həsənli